QURANDA  SƏDAQƏT



Quranda Sǝdaqǝt

Quran əxlaqından uzaq yaşayan bəzi insanlar doğru yol onlara göstərilsə də, bu dəvətdən imtina edirlər. Lakin belə davranmaları onların həyatları boyu Allahın Quranda bildirdiyi üstün əxlaqdan məhrum qalmalarına və bunun maddi-mənəvi zərərlərinə qatlaşmalarına səbəb olur. Kədər, sıxıntı, bədbinlik, ümidsizlik, eqoistlik, mübahisə, dava, ikiüzlülük, lağ etmək, mənfəətpərəstlik... Cəmiyyətin çox hissəsinə hakim olan bu və buna bənzər mənfi davranışlar, əslində, insanların Allahın Quranla bildirdiyi haqq dindən, gözəl əxlaq anlayışından uzaqlaşmalarının nəticəsidir.

 ardını oxu... 

“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır”. (Əhzab surəsi, 35)

Sədaqətin Əhəmiyyəti



Sədaqət səmimi qəlbdən Allaha iman gətirən möminlərin ən əsas xüsusiyyətlərindən biridir. Möminlərin səmimi sədaqətləri onların ixlaslı insanlar olduqlarını göstərir. Çünki bir insanın Allaha iman gətirməsi, hər hansı dünyəvi mənfəət güdmədən yaşaması, həyatı boyunca uca Allahın rizasını qazanmaq üçün cəhd etməsi, sahib olduğu və sevdiyi hər şeyi Onun rizası üçün istifadə etməsi, başına gələn çətinliklərə səbir edə bilməsi üçün güclü sədaqət və bağlılıq hissinə ehtiyacı var.

 ardını oxu... 

Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı



Cahil cəmiyyətindəki insanların sədaqət anlayışını formalaşdıran əsas ünsür mənfəətdir. Bu yanlış düşüncəni mənimsəyən insanlar mənfəətləri üçün kimə və ya nəyə sədaqət göstərilməlidirlərsə, bunu sevərək yerinə yetirərlər. Halbuki bu, tamamilə saxta və səmimiyyətsiz sədaqət növüdür. Sədaqətlərinin dərəcəsi əldə edəcəkləri mənfəətin dəyərindən və ölçüsündən asılıdır. Əgər mənfəətlərinə çatmağın tək yolu sədaqətli və itaətli davranmaqdırsa, bunu çətinlik çəkmədən zövqlə yerinə yetirərlər.

 ardını oxu... 

Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri

Allah Quranda yer alan Kəhf hekayəsində, inkarçı qövmlərindən ayrılan iman sahibi gənclərin Allaha ibadətdə qətiyyət göstərərək ibadət etmək üçün yaşadıqları yerdən uzaqlaşıb mağaraya sığınmağı seçdiklərini bildirir. Kəhf hekayəsində bildirilən Kəhf əhli olaraq adlanan bu topluluğun Allaha olan güclü bağlılığının və sədaqətinin iki mühüm əlaməti diqqət çəkir. Bunlardan birincisi onların gənc olmalarıdır.

 ardını oxu... 




Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu


Bir insanın hər hansı bir şəxsə və ya varlığa sadiq qalması, bütün həyatını onun istək və razılığı üzərində qura bilməsi yalnız ona güclü və dərin sevgi bəsləməsi ilə mümkün ola bilər. Bir-birlərini saxta sevgi ilə sevən insanlar isə həqiqi sədaqəti əsla yaşaya bilməzlər. Amma burada çox önəmli bir məqam var; bu insanlar bir-birlərini sevib bağlansalar da, bu bağlılıqları cahil cəmiyyətin meyarlarına görə formalaşdığı üçün Allahın Quranda bildirdiyi həqiqi sədaqət və sevgi duyğusundan yenə də çox uzaqdır.

 ardını oxu... 

Möminlərin Sədaqəti


İnfaq etməyin möminin Allaha olan sədaqətinin göstəricisi olduğunu iman etməyən və ya münafiq xarakterli insanların bu mövzuya münasibətini müqayisə edərək də anlamaq olar. Qəti iman etməyən səmimiyyətsiz kimsələr üçün sahib olduqları maddi sərvətlər çox dəyərlidir. Onlar sahib olduqları bu dəyərli şeyləri öz inanclarına görə qəti olaraq inanmadıqları və ya şübhə etdikləri bir şey uğrunda əsla xərcləməzlər. Allaha və axirətə tam iman gətirmədikləri üçün də Allaha və elçisinə sadiq olmaz və bu yolda sahib olduqlarını sevərək xərcləməzlər.

 ardını oxu... 

Sənədli Filmlər