QURANDA  SƏDAQƏT


Sədaqət səmimi qəlbdən Allaha iman gətirən möminlərin ən əsas xüsusiyyətlərindən biridir. Möminlərin səmimi sədaqətləri onların ixlaslı insanlar olduqlarını göstərir. Çünki bir insanın Allaha iman gətirməsi, hər hansı dünyəvi mənfəət güdmədən yaşaması, həyatı boyunca uca Allahın rizasını qazanmaq üçün cəhd etməsi, sahib olduğu və sevdiyi hər şeyi Onun rizası üçün istifadə etməsi, başına gələn çətinliklərə səbir edə bilməsi üçün güclü sədaqət və bağlılıq hissinə ehtiyacı var. Yalnızca Allaha qarşı olan sevgi və bunun səbəb olduğu güclü bağlılıq və sədaqət hissi insana bu yolda irəliləmə gücünü və istəyini qazandıra bilər. Allaha qarşı olan bağlılıq və təslimiyyət nə qədər səmimi və güclü olarsa, insan Allaha o qədər yaxınlaşma imkanı əldə edəcək və Onun rizasını qazanmaq üçün göstərdiyi cəhdi və şövqü də artacaq. Buna görə də mömini digər insanlardan ayıran ən vacib xüsusiyyətlərdən biri sədaqətdir. Həyatının sonuna qədər Allahın əmr və qadağalarına tabe olan mömin, Allahın izni ilə, Onun rəhməti və cənnəti ilə qarşılığını alacaq.

Sıxıntı və çətinlik anları, inkarçıların sədaqətsizliklərini və səmimiyyətsizliklərini ifşa edərkən, möminlərin də Allaha və elçilərə olan sədaqətlərini ortaya çıxarır. Möminlər, qarşılaşdıqları çətinlik anlarında, "... Bu, Allahın və Rəsulunun bizə vəd etdiyi şeydir; Allah və Onun Elçisi doğru söyləmişlər ..." (Əhzab surəsi, 22) deyərək, Allaha qarşı olan itaətlərini və bağlılıqlarını dilə gətirmişlər. Allah bir Quran ayəsində, "Onlar səbir edənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir." (Nəhl surəsi, 42) şəklində bildirərək, möminlərin bu gözəl əxlaqını tərifləmişdir. Məhz möminlərin ortaya qoyduqları sədaqətin gücü, Quran əxlaqını yaşayarkən göstərdikləri şövq və istəklə özünü müəyyən edir.

Çətinliklərlə qarşılaşdıqda nümayiş etdirdiyi təvəkküllü və təslimiyyətli davranışı ilə bütün müsəlmanlara nümunə olan peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) çətin anlarda Allaha qarşı sədaqətdə qətiyyətli davranmaq lazım olduğunu möminlərə belə xatırlatmışdır:

“... Bir şey istədikdə Allahdan istə. Yardım gözləyirsənsə, Allahdan dilə. Çünki qullar Allahın yazmadığı bir şeydə sənə yardım etmək üçün bir yerə gəlsələr də, bunu edə bilməzlər. Allah yazmadığı bir zərəri sənə vurmaq üçün bir yerə gəlsələr, buna da müvəffəq ola bilməzlər.” (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ nəşrləri, Ankara, 1992, s. 314)


Sədaqətin bir başqa əhəmiyyəti də, möminləri həmişə bir yerdə tutan əhəmiyyətli xüsusiyyət olmasından qaynaqlanır. Buna görə də sədaqət, fitnə salmağa, saleh əməllərə mane olmağa və möminləri bir-birindən ayırmağa çalışan pis niyyətli insanların möminlərin içində olmasını çətinləşdirir. Möminlərin Allaha və peyğəmbərlərə qarşı olan səmimi sədaqətlərini və bağlılıqlarını təqlid etmək mümkün deyil. Bu, yalnızca möminlərə xas olan əxlaqi xüsusiyyətdir. Möminlərin arasına zərər vermək məqsədiylə girən kəslər, özlərini nə qədər gizləməyə çalışsalar da, möminlərin təslimiyyətini təqlid edə bilmədikləri üçün, bu məqsədlərini heç bir zaman reallaşdıra bilməzlər. Allaha qarşı duyulan güclü bir sədaqət və təslimiyyət, saleh möminlərlə ürəklərində xəstəlik olan kəsləri bir-birindən ayırd edib ortaya çıxaracaq. Bu sədaqət hissi eyni zamanda güclü bir bağlılıq vəzifəsi görərək, möminləri həyat boyu birlikdə də tutacaq. Möminlər, duyduqları güclü sədaqət ilə özlərinə zərər və pislik vermək istəyən pis niyyətli kəsləri rahatlıqla analiz edib, onlara qarşı lazım olan tədbirləri ala bilərlər. Ayrıca, bir-birlərinin səmimiyyətinə və bu yoldakı əzminə şahid olduqları üçün, bir-birlərinə olan sevgiləri və etibarları daha da artacaq. Bu şəkildə Allah, bu pis niyyətli kəslərdən möminləri təmizləyərək onları hər zaman hüzurlu, güclü və kamil iman sahibi kəslər edəcək.

Allah, iman edirmiş kimi görünmələrinə baxmayaraq, möminlərə kömək etmələri lazım gəldiyində bitərəf qalan və beləcə, Allaha olan sədaqətsizlikləri ortaya çıxan bu kəslərin rəftarlarını Quranda belə xəbər verir:

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)


Möminlər Allaha qarşı güclü təslimiyyət və qərarlı olduqları üçün, ən çətin anlarda belə Allahın razılığına ən uyğun olan qərarı verib, ona görə hərəkət edərlər. Onlar, Allahın "... Halbuki, onlara övla (olan): İtaət və maruf (gözəl) sözdü. Lakin iş, qətilik və qərarlılıq tələb edən zaman, əgər Allaha sədaqət göstərsəydilər, sözsüz ki, onlar üçün daha xeyirli olardı." (Məhəmməd surəsi, 20-21) ayələriylə bildirdiyi kimi, hər şərtdə Allaha sadiq qalmağın, özləri üçün “xeyirli” olduğunun şüurundadırlar. Allah bu ayələrdə ayrıca, güclü bir sədaqətin, insanın haqq olan bir şey qarşısında tərəddüdə qapılmasını maneə törətdiyini və insana qərarlı bir rəftar qazandırdığını da xəbər verir. Əgər insan güclü iman və təslimiyyətə sahibsə, bu qəlbən sədaqət hissi, onun qərarsızlığa düşməsinin qarşısını alacaq və nəfsini məğlub etməkdə ona daim kömək edəcək. Beləcə, insan necə bir vəziyyətlə qarşılaşırsa qarşılaşsın, Allaha duyduğu sədaqəti və təslimiyyətiylə, nəfsinə çətin gələn bir şeyin rahatlıqla öhdəsindən gələ biləcəkdir.

Sədaqətin möminlərə qazandırdığı bir başqa əhəmiyyətli xüsusiyyət də, bir-birlərinə olan “güvən və sevgi” ləridir. İman edənlərin bir-birlərinə qarşı duyduqları sevgi və güvən, tamamilə onların Allah yolunda göstərdikləri “ciddi” səyə görə şəkillənir. Allahın razılığını qazana bilmək üçün sahib olduğu hər şeyini xeyir üçün istifadə edən, bu yolda “doğru” bir istiqamət tutan mömin, digər müsəlman qardaşlarının sevgisini qazanacaq və onlara ən gözəl şəkildə nümunə olacaq. Məhz möminlərin Allah yolunda onlara üz verən hər bir hadisədə göstərəcəkləri səmimi sədaqət, bir-birlərinə qarşı olan sevgi, bağlılıq və güvənlərinin də artmasına səbəb olacaq.

Sədaqət möminə, Allah yolunda etdiyi bütün saleh əməllər və Allahı razı edəcək gözəl əxlaqı göstərməkdə “davamlılıq” də qazandırar. Ürəklərində xəstəlik olan münafiqlər, şeytanın yalanları nəticəsində, ibadətlərində və gözəl əxlaqda bu davamlılığı göstərə bilmirlər. Nəfslərinə tərs gələn bir mövzuda ya da qarşılaşdıqları ən kiçik bir çətinlikdə dərhal etdikləri xeyirli işlərdən imtina edə bilirlər. Göstərdikləri səy və istək zəif olduğu üçün də, hədəflərinə heç cür çata bilməzlər. Bu vəziyyət, ürəklərində etdikləri işə qarşı həqiqi mənada sədaqət və bağlılıq hiss etməmələrindən qaynaqlanar. Bu sədaqət və bağlılığı hiss etmədikləri üçün, bunların özlərinə qazandıracağı “davamlılıqdan” da məhrum qalırlar. Allaha könüldən bağlanmış olan möminlər isə, Allaha qarşı duyduqları bu qəlbən sədaqət sayəsində, Quran əxlaqını tətbiq etməkdə və Allahın razılığını qazanmada həyatlarının sonuna qədər “davamlılıq” göstərə bilirlər. Allah, möminlər üçün xeyirli və gözəl olanın “davamlı” saleh əməllər etmək olduğunu Quranda belə bildirir:

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)


Möminlərin sahib olduğu səmimi sədaqət, onların hərəkətlərinə də əks olunaraq, əzmlərini və Allaha olan təslimiyyətlərini artırır və daha da güclənmələrinə vəsilə olur. Buna qarşılıq Allah, münafiq xarakterli kəslərin ürəklərindəki “xəstəliklərini” ortaya çıxarır. Allah Quranda, inkara meyilli olan bu zəif imanlı kəslərin, möminlərə və elçiyə müxtəlif maneələr çıxararaq onları çətin vəziyyətdə buraxmaq və onlara zərər vermək istəyəcəklərini bildirir. Bu səbəblə, Allah möminlərə, Allah yolunda hicrət edənlərə, Allaha və Onun elçisinə olan sədaqətlərini və səmimiyyətlərini açıq şəkildə göstərmədikcə, münafiq xarakterli kəsləri dost etməmələrini nəsihət etmişdir:

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)


Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan özünüzə dost tutmayın... (Nisa surəsi, 89)


 << Geri 


Sənədli Filmlər